BİZNES

24 Dekabr

Azərbaycanın peyk rabitə operatoru Tanzaniyada televiziya yayım xidmətləri göstərəcək

"Azərkosmos" ASC rəqəmsal peyk xidmətləri təminatçısı "Azam TV" ilə Tanzaniya ərazisinə Rəqəmsal Yerüstü Transmissiya (DTT) xidmətlərinin göstərilməsi barədə müqavilə imzalayıb.

ASC-dən verilən məlumata görə, müqaviləyə əsasən DTT xidmətləri Tanzaniyadakı tamaşaçılara "Azerspace-1" telekommunikasiya peykinin "C-band"ı vasitəsilə təqdim ediləcək.

(c) APA