BİZNES

24 Dekabr

966,6 mln manat dövriyyəsi olan sahə

2019-cu ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 966,6 milyon manat olub.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayımlayıb

Məlumatda bildirilir ki, bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artıb. Qeyd olunur ki, dövriyyənin 45,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür.

Həmçinin bildirilir ki,hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 441,0 milyon manat təşkil edib.