2019-cu ilin yanvar-noyabr aylarında əhaliyə 5025,6 milyon manat dəyərində ödənişli xidmət göstərilib
Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika idarəsi məlumat yayımlayıb.
Məlumatda bildirilir ki, göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artıb. Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3319,2 milyon manatlıq xidmət göstərilib. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin ümumi dəyərinin 66,0 faizini təşkil edib.
Müəllif: Aynur Qəniyeva