TikTok son illərdə bir xeyli məşhurlaşan platformalardan biridir. Musiqi seçimləri ilə istifadəçilərə video çəkmək imkanı yaradan TikTok müxtəlif xəbərlər ilə gündəmə gəlir. Bu səfər ABŞ hərbi dəniz donanmasında əsgərlərin telefonlarında TikTok istifadə etməyi qadağan edildi. Əsas səbəb olaraq təhlükəsizliyi pozduğu və Çinə məlumat ötürdüyü deyilir. ABŞ hərbi dəniz donanması əsgərlərə verilən telefonlarda TikTok istifadə etməyi qadağan etdi.
Bilindiyi kimi TikTok Çin mərkəzli bir platformadır. Bu səbəb ilə ABŞ dövlət qurumlarının diqqətini çəkə bilir. Keçən günlərdə ABŞ-da bir gənc TikTok platformasına qarşı məhkəmə iddiası qaldırmış və platformanın istifadəçilərin şəxsi məlumatlarınl Çin dövləti ilə paylaşdığını səsləndirmişdi. Bu xəbərin ardından ABŞ-dakı dövlət qurumları da narahat olmuş kimi görünür. Yeni qadağaya əsasən Dəniz Donanmasına dövlət tərəfindən verilən telefonlara TikTok yükləmək mümkün olmayacaq. Bu tətbiq açıqlamada Kiber Təhlükəsizlik Riski olaraq adlandırılıb. Həmçinin tətbiqi daha əvvəl yükləmiş dəniz donanmasının əsgərləri Navy Marine Corps Intranet adlı sistemə giriş icazələrinin olmayacağı bildirildi. Qeyd edək ki, donanma əsgərlərinin onlara verilən telefonlarla sosial media tətbiqlərini istifadə etməsinə icazə verilir. ABŞ və Çin arasında gərginliyin artması artıq digər sektorlara da yansımağa başlayır.