İstismarına icazə verilən binalardakı mənzillərindövlət qeydiyyatına alınması məqsədilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkilolunur.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.
23-29 dekabr tarixlərində 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.
Qeydiyyat kampaniyası 23 dekabrdaD.Bünyadzadə küçəsi, 11D, 24 dekabrda M.Seyidov küçəsi, 3149-cu məhəllə, 25 dekabrda Moskva prospekti, 3168-ci məhəllə, 26 dekabrda D.Bünyadzadə küçəsi,15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, 28 dekabrda Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, 29 dekabrda isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.
Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlərmüvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.