Sosial şəbəkələrdə “Apple” şirkətinə məxsus yeni iPhone SE 2-nin fotosu yayılıb.
Fins.az-ın xəbərinə görə, yeni məhsulun təqdimatı 2020-ci ilin ilk yarısında olacaq.
Qeyd olunur ki, smartfon iPhone 4 və iPhone 5 kimi metal çərçivədən hazırlanıb, lakin ön ekranda düymə yoxdur.
Bundan əlavə, cihaz iPhone 11 kimi iki kameralıdır. Telefon yalnız 4G bağlantısını dəstəkləyəcək, eyni zamanda 64/128 GB yaddaşa sahib olacaq.