“Google” axtarış sistemi dünən yaranmış problemlə bağlı açıqlama yayıb.
Fins.az xəbər verir ki, açıqlamada problemin Bolqarıstandakı şəbəkə üzərində istiqamətləndirilmiş trafikdə eyni zamanda birdən çox fiber kəsinti səbəbindən baş verdiyi bildirilib:
“Problemlə bağlı araşdırma aparırıq. Tezliklə detallar haqda məlumat veriləcək”.
Qeyd edək ki, dünən günorta saatlarından Azərbaycan, İran, Türkiyə və Şərqi Avropa ölkələrində sistemə giriş məhdudlaşıb.