BİZNES

19 Dekabr

Son onilliyin ən populyar tətbiqləri açıqlandı – SİYAHI

"App Annie" analitik şirkəti son onilliyin ən populyar proqram və oyunlarının adını açıqlayıb.

Fins.az "ICTnews"a istinadən xəbər verir ki, "Facebook", "Facebook Messenger" və "WhatsApp" proqramları ən çox yüklənən proqramların siyahısında liderdirlər.

İlk beşliyi "Instagram" və "Snapchat" tamamlayıb.
Son onilliyin ən populyar oyunu Danimarkanın "Kiloo" şirkəti tərəfindən hazırlanmış "Subway Surfers" olub. "Candy Crush Saga" oyunu ikinci pillədə qərarlaşıb. "Temple Run 2" oyunu isə üçüncü olub.

Analitiklər, həmçinin ən gəlirli proqramların reytinqini tərtib ediblər. "Netflix" striminq xidməti birinci, "Tinder" tanışlıq proqramı ikinci, "Pandora Music" üçüncü pillədə qərarlaşıb.