BİZNES

19 Dekabr

Azərbaycanda yun və barama istehsalında ciddi artım olub

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 2,8 faiz artaraq 476,6 min ton, süd istehsalı 2,1 faiz artaraq 1 milyon 938,7 min ton, yumurta istehsalı 8,8 faiz artaraq 1 milyard 669,9 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,9 min ton olub.

Fİns.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 643,7 ton və ya əvvəlki ilin eyni ayları ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatı məhsullarının ümumi məhsulu 7,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb