BİRJA

14 Noyabr

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Şamaxı şəhərində baş tutdu

Finss.az - 7 noyabr 2025-ci il tarixində Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Mərkəzi Bankı və investisiya şirkətlərinin iştirakı ilə Şamaxı şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.

Tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı imkanları, “CFI Financial” İnvestisiya Şirkətinin sahibkarlıq subyektlərinin alternativ maliyyə cəlbi imkanları və “PAŞA Kapital” İnvestisiya Şirkətinin qiymətli kağız buraxılışında anderraytinq xidməti mövzularında təqdimatları olub.

Qeyd edək ki, bu, sayca on yeddinci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan şəhərlərində təşkil olunub. 

Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.