Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin dəyəri 0,85 ABŞ dolları və ya 1,3 % yüksələrək 66,28 ABŞ dolları səviyyəsinə çatıb.
Məlumat üçün bildirək ki, əvvəlki sessiyada “Azeri Light”ın qiyməti 65,43 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bu marka neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları məbləğində götürülüb.
