Əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətində artım, gümüş üzrə isə cüzi azalma müşahidə olunub.
Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında aparılan ticarət əməliyyatları göstərir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçersləri 0,27 % bahalaşaraq 4 205,92 ABŞ dolları səviyyəsinə yüksəlib.
Gümüşün bir unsiyası üzrə dekabr fyuçersləri isə 0,41 % azalaraq 52,953 ABŞ dolları təşkil edib.
Beləliklə, qızıl fyuçersləri artım nümayiş etdirərkən gümüş bazarında zəif eniş qeydə alınıb.
