BİRJA

13 Noyabr

Dünya bazarlarında qızıl və gümüş yenidən dəyər qazanır

13 noyabr 2025-ci il tarixində dünya birjalarında qiymətli metalların qiymətləri artım nümayiş etdirib.

Finss.az xəbər verir ki, qızılın (Gold/Spot) bir unsiya üzrə qiyməti 4 214,52 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4% çoxdur.

Gümüş (Silver/Spot) bir unsiya üçün 54,11 ABŞ dolları səviyyəsində qərarlaşıb və 1,3% artım göstərib.

Platin (Platinum/Spot) 1 614,92 ABŞ dolları civarında sabit qalaraq cüzü artım nümayiş etdirib.

Paladyum (Palladium/Spot) isə bir unsiya üçün 1 481,08 ABŞ dolları olub və 0,5% bahalaşıb.