Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiymətində azalma müşahidə olunub.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr ayı üzrə fyuçers müqavilələrinin dəyəri 0,46% azalaraq 3 995,35 ABŞ dolları səviyyəsində formalaşıb.
Eyni zamanda, COMEX birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,48% azalaraq 47,818 ABŞ dolları təşkil edib.
