BİRJA

03 Noyabr

SOCAR İstiqrazları üzrə növbəti kupon ödənişi həyata keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazları üzrə 1 milyon 125 min ABŞ dolları məbləğində növbəti kupon ödənişi 3 noyabr tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
(Emissiya Prospektinə əsasən, qeyri-iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü icra olunur.)

Finss.az SOCAR-ın məlumatına əsasən xəbər verir ki, 16-cı kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı gəlir 18 milyon ABŞ dollarına yüksəlib.
Tədavül müddətinin sonunda toplam gəlirin 22,5 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Hazırda SOCAR istiqrazları ilə Bakı Fond Birjasında 82,3 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1 523 əqd bağlanıb. Ümumilikdə, istiqrazların buraxıldığı 2016-cı ildən bu günədək vətəndaşlara və investorlara 49 milyon ABŞ dolları məbləğində faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətinin məlumatına əsasən, növbəti kupon ödəniş tarixi 1 fevral 2026-cı il olacaq.

Artıq 9 ildən çoxdur ki, SOCAR İstiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna malikdir. Onları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindənAzərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlamaq və ya socaristiqraz.azsocarcapital.az veb-saytlarına müraciət etmək mümkündür.

Qeyd olunur ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, qeydiyyatdan keçmiş investisiya şirkətləri, eləcə də yuxarıda qeyd olunan çağrı nömrəsi və rəsmi veb-saytlardan əldə oluna bilər.

Fuad Mədətov
Finss.az