Azərbaycan Mərkəzi Bankı 3 noyabr 2025-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Məlumata əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 Avro 1,9609 manat, 100 Rusiya rublu 2,1026 manat, 1 Gürcü larisi 0,6282 manat, 1 Türk lirəsi 0,0404 manat, 1 İngilis funt sterlinqi 2,2342 manat, 1 Çin yuanı 0,2389 manat, 100 Yapon yeni 1,1034 manat səviyyəsində müəyyən olunub.
Bank metallarının rəsmi qiymətləri isə aşağıdakı kimidir: 1 troy unsiya qızıl 6806,9615 manat, 1 troy unsiya gümüş 82,9592 manat, 1 troy unsiya platin 2712,5880 manat, 1 troy unsiya palladium 2445,2800 manat təşkil edir.
Mərkəzi Bank qeyd edib ki, göstərilən məzənnələr yalnız məlumat xarakteri daşıyır və həmin qiymətlərlə alqı-satqı əməliyyatları üzrə öhdəlik yaranmır.
