BİRJA

24 Oktyabr

"Regional" BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Finss.az - 19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2004023407 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"Regional" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2004023407

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi / Birqiymətli hərrac

İstiqrazların sayı

10,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

Kupon faizi

16%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti

2 il

Hərrac qiyməti*

100 manat

Reallaşdırılmış həcm

1,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

1,000,000 manat

İnvestor sayı

54

Sifariş sayı

54

Anderrayter

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC