Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin qiymətində artım qeydə alınıb.
Finss.az xəbər verir ki, bu markalı neftin bir barelinin qiyməti 3,3 ABŞ dolları və ya 5,2% artaraq 66,75 ABŞ dollarına çatıb.
Əvvəlki ticarət sessiyasında Azərbaycan neftinin bir bareli 63,45 ABŞ dolları səviyyəsində qiymətləndirilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları həddində nəzərdə tutulub.
Qiymət artımı qlobal enerji bazarlarında təklifin azalması və xam neftə tələbin artması ilə əlaqələndirilir.
