BİRJA

16 Oktyabr

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 16 oktyabr 2025-ci il tarixindən etibarən rəsmi valyuta və bank metallarının məzənnələrini açıqlayıb.

Finss.az xəbər verir ki, ABŞ dolları 1,7000 manat, avro 1,9816 manat, İngilis funt sterlinqi 2,2805 manat, Rusiya rubllu (100 RUB) 2,1725 manat, Türk lirəsi 0,0406 manat səviyyəsində müəyyən olunub.

Digər valyutalar arasında Gürcü larisi 0,6276 manat, Çin yuanı 0,2385 manat, Yapon yeni (100 JPY) 1,1256 manat, Avstraliya dolları 1,1034 manat, Kanada dolları 1,2113 manat, İsveçrə frankı 2,1372 manat, Küveyt dinarı 5,5538 manat, Sinqapur dolları 1,3127 manat, BƏƏ dirhəmi 0,4628 manat, Səudiyyə Ərəbistanı rialı 0,4533 manat, Qazaxıstan tengəsi (100 KZT) 0,3155 manat, Özbək somu (100 UZS) 0,0139 manat açıqlanıb.

Bank metallarının qiymətləri belədir: qızıl (XAU) 7197,5450 manat, gümüş (XAG) 90,2256 manat, platin (XPT) 2835,9910 manat, palladium (XPD) 2628,5995 manat.

Mərkəzi Bank qeyd edib ki, açıqlanan məzənnələr ilə valyuta və metalları almaq və satmaq öhdəliyi daşımır.