16 oktyabr 2025-ci il tarixində dünya qiymətli metallar bazarında artım tendensiyası müşahidə olunub.
Finss.az xəbər verir ki, qızıl və gümüş qiymətlərindəki yüksəliş əsasən ABŞ Federal Ehtiyat Sisteminin (FED) mümkün faiz endirimi və ABŞ–Çin ticarət gərginliyinin yumşalması ilə izah edilir.
Qiymət göstəriciləri belə olub:
- Qızıl (Gold Spot): 4 205,90 ABŞ dolları/unsiya, +0,73 %
- Gümüş (Silver): 51,20 ABŞ dolları/unsiya, +2,7 %
- Platin (Platinum): 1 665,15 ABŞ dolları/unsiya, +1,58 %
- Paladyum (Palladium): 1 550,50 ABŞ dolları/unsiya, +0,95 %
Analitiklər qeyd edirlər ki, qızılın 4 200 dollar həddini keçməsi bazarda riskdən qaçış meyillərinin gücləndiyini göstərir. İnvestorlar daha çox təhlükəsiz aktivlərə, xüsusən qızıla və gümüşə yönəlirlər.