Niderlandın ING bank qrupu gələcək iki il üçün qızıl, gümüş, alüminium və sinkin qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.
Finss.az xəbər verir ki, 2025-ci ildə qızılın orta illik qiyməti bir unsiya üçün 3 128 ABŞ dolları, gümüş 39 dollar, alüminium bir ton üçün 2 615 dollar, sink isə bir ton üçün 2 840 dollar səviyyəsində gözlənilir.
2026-cı ildə qiymətlərdə artım proqnozlaşdırılır: qızıl 4 150 ABŞ dolları, gümüş 49,75 dollar, alüminium 2 738 dollar, sink 2 938 dollar olacaq.
Analitiklər həmçinin 2025-ci ilin rüblük qiymət proqnozlarını da açıqlayıb. Qızılın üçüncü rübdə qiyməti 3 400 ABŞ dolları, dördüncü rübdə isə 4 000 ABŞ dolları, gümüş üçüncü rübdə 38 dollar, dördüncü rübdə 49 dollar, alüminium üçüncü rübdə 2 600 dollar, dördüncü rübdə 2 750 dollar, sink üçüncü rübdə 2 780 dollar, dördüncü rübdə isə 3 000 dollar səviyyəsində proqnozlaşdırılır.
Fuad Mədətov
Finss.az