Finss.az - 8 və 9 oktyabr 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) |
İSİN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nominal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2527024700 |
08.10.2025 |
5.000.000 |
100.000 |
50 |
05.11.2025 |
84 |
AZ2526024701 |
09.10.2025 |
2.500.000 |
100.000 |
25 |
01.01.2026 |
168 |
AZ2525024702 |
08.10.2025 |
2.500.000 |
100.000 |
25 |
25.03.2026 |
252 |
AZ2524024703 |
09.10.2025 |
2.500.000 |
100.000 |
25 |
18.06.2026 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.