Azərbaycan Mərkəzi Bankı 6 oktyabr 2025-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının rəsmi məzənnələrini açıqlayıb.
Finss.az rəsmi bülletenə əsasən xəbər verir ki, ABŞ dolları 1,7000 manat, Avro 1,9927 manat, İngilis funt sterlinqi 2,2861 manat, Rusiya rublu (100 ədəd) 2,0663 manat, Türk lirəsi 0,0408 manat, Gürcü larisi 0,6244 manat, Çin yuanı 0,2387 manat, Yapon yeni (100 ədəd) 1,1310 manat səviyyəsində müəyyən edilib.
Digər valyutalardan Avstraliya dolları 1,1224 manat, Kanada dolları 1,2184 manat, İsveçrə frankı 2,1361 manat, Küveyt dinarı 5,5574 manat, Sinqapur dolları 1,3150 manat, BƏƏ dirhəmi 0,4628 manat, Səudiyyə Ərəbistanı rialı 0,4533 manat, Qazaxıstan tengəsi (100 ədəd) 0,3109 manat, Özbək somu (100 ədəd) 0,0141 manat açıqlanıb.
Bank metallarının qiymətləri isə belədir: qızıl – 6697,0140 manat, gümüş – 82,5713 manat, platin – 2758,9980 manat, palladium – 2171,9625 manat.
Qeyd edək ki, Mərkəzi Bank bu valyuta və metalları həmin məzənnələrlə almaq və satmaq öhdəliyini daşımır.