Finss.az - 30 sentyabr 2025-ci il tarixində dünya bazarında təbii qazın qiymətləri artımla yadda qalıb.
ABŞ-da Henry Hub üzrə “NGV25” kontraktı $2.974/MMBtu səviyyəsində ticarət olunub ki, bu da əvvəlki bağlanış qiymətindən 0.033 dollar və ya 1.12 faiz yüksəkdir.
Bəzi bazar platformalarında qaz futureslərinin qiyməti $2.969/MMBtu həddində göstərilib.
Sentyabr ayı ərzində qaz futuresləri $2.622–$3.419 aralığında dəyişib.