Finss.az - 19 sentyabr 2025-ci il tarixində dünya bazarlarında neft qiymətləri enişlə qeydə alınıb.
Birja məlumatlarına əsasən, Brent markalı xam neftin bir bareli 67,29 ABŞ dolları, WTI (West Texas Intermediate) markalı neftin qiyməti isə 63,34 ABŞ dolları təşkil edib.
Analitiklərin fikrincə, qiymətlərin azalması ABŞ-da neftə olan tələbin zəifləməsi və qlobal iqtisadi göstəricilərdə qeyri-müəyyənliklərin artması ilə bağlıdır.