16 sentyabr 2025-ci il tarixində dünya birjalarında neft qiymətləri açıqlanıb.
Finss.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 67,48 ABŞ dolları, WTI markalı neftin bir bareli isə 63,32 ABŞ dolları səviyyəsində ticarət olunub.
Qiymətlərin sabit qalmasına baxmayaraq, bazarda geosiyasi risklər və təkliflə bağlı qeyri-müəyyənliklər investorların diqqət mərkəzindədir.