Finss.az - Sentyabr ayının ilk həftəsində dünya birjalarında indekslər qarışıq performans göstərib. ABŞ bazarlarında SP 500 indeksi 4,620 səviyyəsinə yüksələrək 0,33% artım, Dow Jones indeksi isə 36,850 səviyyəsinə çataraq 0,19% bahalaşma göstərib. Əksinə, NASDAQ Composite texnologiya sektoru ağırlıqlı enişlə 14,920 səviyyəsinə düşərək 0,27% azalıb.
Avropa bazarlarında:
- FTSE 100 (Böyük Britaniya) — 7,620, +0,26%
- DAX (Almaniya) — 16,850, -0,30%
- CAC 40 (Fransa) — 7,350, -0,34%
Asiya bazarlarında:
- Nikkei 225 (Yaponiya) — 34,250, +0,23%
- Hang Seng (Honq-Konq) — 19,850, -0,30%
- Shanghai Composite (Çin) — 3,440, +0,29%
İqtisadçıların açıqlamasına görə, qlobal indekslərin bu həftəki hərəkəti makroiqtisadi göstəricilər, enerji qiymətləri və investorların risk meylləri ilə sıx bağlıdır.