BİRJA

03 Sentyabr

Bakı Fond Birjası: Çərşənbə günü keçirilən hərracların nəticələri

Finss.az – 3 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) qısamüddətli və orta müddətli notlarının yerləşdirilməsi üzrə hərraclar keçirilib.

Birinci hərracda AZ2507024704 dövlət qeydiyyat nömrəli, 15 milyon manat həcmində və 28 gün tədavül müddətli qısamüddətli notlar satışa çıxarılıb. Lakin sifarişlərin həcmi cəmi 1 milyon manat təşkil edib. Hərracda yalnız bir investor iştirak edib və bir sifariş təqdim olunub. Ortaçəkili qiymət 99,462.3507 manat (6.95%) səviyyəsində formalaşıb. Notların ödəniş tarixi 1 oktyabr 2025-ci ildir.

İkinci hərracda isə AZ2505024706 dövlət qeydiyyat nömrəli, 2,5 milyon manat həcmində və 168 gün tədavül müddətli notlar yerləşdirilib. Bu dəfə sifarişlərin ümumi həcmi 6 milyon manat olub. Hərracda üç investor iştirak edib və üç sifariş təqdim edilib. Ortaçəkili qiymət 96,814.7933 manat (7.05%) təşkil edib. Notların ödəniş tarixi 18 fevral 2026-cı ilə təyin olunub.