ABŞ dollarının manata qarşı məzənnəsi sabit qalıb – 15 avqust 2025
Yazan: Fuad Mədətov | Tarix: 14 Avqust 2025
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il avqustun 15-nə olan ABŞ dollarının manata qarşı rəsmi məzənnəsini açıqlayıb.
Finss.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, avqustun 15-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində saxlanılıb.
Qeyd olunur ki, bu məzənnə əvvəlki günlə müqayisədə dəyişməyib və ABŞ dollarının manata qarşı məzənnəsi uzun müddətdir sabit qalmaqdadır.