14 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2493024700 dövlət qeydiyyat nömrəli 10,000,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Finss.az-a BFB-dən məlumat verilib.
Hərracın nəticələrinə əsasən:
- Emitent: Azərbaycan Respublikasının Mərkəzi Bankı
- Dövlət qeydiyyat nömrəsi (İSİN): AZ2493024700
- Notun müddəti: 84 gün
- Notun növü: Diskontlu
- Emissiya həcmi: 10,000,000 AZN
- Notun miqdarı: 100 ədəd
- Nominal qiymət: 100,000 AZN
- Minimal qiymət: 98,368.0737 AZN (7.11%)
- Maksimal qiymət: 98,381.6223 AZN (7.05%)
- Kəsmə qiyməti: 98,372.5895 AZN (7.09%)
- Ortaçəkili qiyməti: 98,379.3640 AZN (7.06%)
- Reallaşdırılmış həcmi: 10,000,000 AZN
- Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 25,600,000 AZN
- İnvestor sayı: 6
- Sifariş sayı: 6
- Notun ödəniş tarixi: 06.11.2025
Hərracda notların tam həcmdə reallaşdırıldığı və investorların yüksək marağı göstərdiyi bildirilib.