BİRJA

06 Avqust

Dünya birjalarında qızıl və digər qiymətli metalların qiyməti ucuzlaşıb

Finss.az - 6 avqust 2025-ci il tarixində dünya birjalarında qiymətli metalların qiymətlərində azalma müşahidə olunub.

Qızılın spot qiyməti 0,2 faiz azalaraq 3 376,01 ABŞ dolları təşkil edib. ABŞ dollarının möhkəmlənməsi və investorların Federal Ehtiyat Sisteminin mümkün qərarlarına dair gözləntilər bu dəyişiklikdə rol oynayıb.

Gümüş qiyməti sabit qalıb və bir unsiya üçün 37,81 ABŞ dolları səviyyəsində ticarət olunub.

Platin 0,5 faiz ucuzlaşaraq 1 316 ABŞ dollarına, palladium isə 0,6 faiz azalma ilə 1 168 ABŞ dollarına düşüb.

Analitiklərin fikrincə, ABŞ iqtisadi göstəricilərinin və dolların dəyərinin artması qiymətli metallara olan tələbi zəiflədib.