2025-ci ilin yanvar-iyul ayları üzrə Bakı Fond Birjasında ümumi ticarət dövriyyəsi 40,25 milyard manat təşkil edib.
Finss.az-a Bakı Fond Birjasından verilən məlumata görə, bu dövrdə 17 760 əməliyyat həyata keçirilib, gündəlik orta ticarət həcmi 302,7 milyon manat, əməliyyatların orta sayı isə 134 olub.
Dövlət qiymətli kağızları bazarında 3,55 milyard manatlıq 444 əməliyyat baş tutub. Bunlardan 1,62 milyard manatlıq əməliyyatlar ilkin bazarda, 1,94 milyard manatlıq isə təkrar bazarda qeydə alınıb.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (ARMB) notları üzrə dövriyyə 999,4 milyon manat, əməliyyat sayı 258-dir. İlkin bazarda 958 milyon manatlıq, təkrar bazarda isə 41,5 milyon manatlıq əməliyyatlar reallaşıb.
Korporativ qiymətli kağızlar bazarında 646,7 milyon manatlıq 13 305 əməliyyat olub. İlkin bazarda 474,7 milyon manatlıq 1 367 əməliyyat, təkrar bazarda isə 171,9 milyon manatlıq 11 938 əməliyyat qeydə alınıb.
İpoteka istiqrazlarının ticarət dövriyyəsi 775,2 milyon manat, əməliyyat sayı isə 22-dir.
REPO əməliyyatlarında dövriyyə 34,28 milyard manat, əməliyyat sayı 3 731 təşkil edib. Dövlət istiqrazları üzrə 22,14 milyard manatlıq, ARMB notları üzrə 280 milyon manatlıq, korporativ qiymətli kağızlar üzrə isə 11,85 milyard manatlıq əməliyyat həyata keçirilib.
İlkin bazarda 3,42 milyard manatlıq 1 603 əməliyyat, təkrar bazarda isə 2,56 milyard manatlıq 12 426 əməliyyat qeydə alınıb.
Bazarlar/Əməliyyatlar |
Yanvar-Iyul 2025 |
Yanvar-Iyul 2025 |
||
---|---|---|---|---|
Əqdlərin Həcmi, manatla |
Əqdlərin Sayı |
Əqdlərin Orta Günlük Həcmi, manatla |
Əqdlərin Orta Günlük Sayı |
|
1. Dövlət Qiymətli Kağızları |
3,554,458,690 |
444 |
26,725,253 |
3 |
1.1 İlkin Bazar |
1,615,000,000 |
4 |
12,142,857 |
0 |
1.2 Təkrar Bazar |
1,939,458,690 |
440 |
14,582,396 |
3 |
2. ARMB Notları |
999,408,692 |
258 |
7,514,351 |
2 |
2.1 İlkin Bazar |
957,955,116 |
224 |
7,202,670 |
2 |
2.2 Təkrar Bazar |
41,453,577 |
34 |
311,681 |
0 |
3. Korporativ Qiymətli Kağızlar |
646,675,859 |
13,305 |
4,862,225 |
100 |
3.1 İlkin Bazar |
474,739,303 |
1,367 |
3,569,468 |
10 |
Səhmlər |
2,420,000 |
4 |
18,195 |
0 |
İstiqrazlar |
472,319,303 |
1,363 |
3,551,273 |
10 |
3.2 Təkrar Bazar |
171,936,556 |
11,938 |
1,292,756 |
90 |
Səhmlər |
9,069,374 |
10,832 |
68,191 |
81 |
İstiqrazlar |
162,867,182 |
1,106 |
1,224,565 |
8 |
4. İpoteka İstiqrazları |
775,200,015 |
22 |
5,828,572 |
0 |
4.1 İlkin Bazar |
370,167,086 |
8 |
2,783,211 |
0 |
4.2 Təkrar Bazar |
405,032,930 |
14 |
3,045,360 |
0 |
5. REPO Əməliyyatları |
34,278,943,390 |
3,731 |
257,736,416 |
28 |
Dövlət İstiqrazları üzrə |
22,144,640,197 |
3,374 |
166,501,054 |
25 |
ARMB Notları üzrə |
279,931,670 |
186 |
2,104,749 |
1 |
Korporativ Qiymətli Kağızlar üzrə |
11,854,371,523 |
171 |
89,130,613 |
1 |
İpoteka İstiqrazları üzrə |
- |
- |
- |
- |
Cəmi (1+2+3+4+5) |
40,254,686,646 |
17,760 |
302,666,817 |
134 |
İlkin Bazar |
3,417,861,505 |
1,603 |
25,698,207 |
12 |
Təkrar Bazar |
2,557,881,752 |
12,426 |
19,232,194 |
93 |
Fuad Mədətov
Finss.az