25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 30.07.2025-ci il tarixində başlayıb, 12.08.2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 (on) iş günü ərzində aparılacaqdır.
Qiymətli kağızların abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14.08.2025-ci il tarixində başlanılacaqdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"PAŞA BANK" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2006006624 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə Yazılışı |
İstiqrazların sayı |
40,000 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
40,000,000 manat |
İllik gəlirlilik faizi |
10.5% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
Tədavül müddəti |
12 ay |
Ticarət tarixi |
14.08.2025 |
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |