BİRJA

24 İyul

ABŞ-da neft ehtiyatlarının azalması fonunda dünya bazarında qiymətlərə təzyiq davam edir

ABŞ-da kommersiya neft ehtiyatlarının gözləniləndən daha çox azalması dünya enerji bazarlarında qiymətlərə təsir göstərməkdə davam edir.

Finss.az ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, ölkədə kommersiya neft ehtiyatları ötən həftə 3,169 milyon barel azalaraq 418,993 milyon barel təşkil edib. Halbuki analitiklər ehtiyatların cəmi 1,4 milyon barel azalacağını proqnozlaşdırırdılar.

Mütəxəssislər bildirirlər ki, ABŞ-da neft ehtiyatları ilə bağlı məlumatlar "qara qızıl"ın dünya bazarındakı qiymət dinamikasında əsas göstəricilərdən biri sayılır. Ehtiyatlardakı bu səviyyəli azalma təklifin daralması riskini gündəmə gətirərək qiymət artımı üçün təkanverici amil kimi qiymətləndirilir.