BİRJA

23 İyul

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın qiyməti azalıb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 0,26% ucuzlaşaraq 3 434,9 ABŞ dolları təşkil edib.

Eyni zamanda, gümüşün bir unsiyası üzrə sentyabr fyuçersləri 0,2% bahalaşaraq 39,64 ABŞ dollarına çatıb.