BİRJA

10 İyul

İlk 6 ayda əsas kapitala investisiyalar 0,5% azalıb

Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 8073,5 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılan investisiyalar 23,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 13,5 faiz artıb.

İstifadə olunan investisiyanın 50,4 faizi (4067,9 milyon manat) məhsul istehsalı sahələrinə, 33,1 faizi (2672,0 milyon manat) xidmət sahələrinə, 16,5 faizi (1333,6 milyon manat) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən investisiyaların 75,2 faizi (6070,0 milyon manat) daxili investisiyalardır.

Ümumilikdə, investisiyaların 78,2 faizi (6314,3 milyon manat) birbaşa tikinti-quraşdırma işlərinə xərclənib. Bu göstəricilər Azərbaycan iqtisadiyyatının strukturunda qeyri-neft sektorunun artan payını və tikinti sektorunun aktivliyini əks etdirir.