Finss.az - ABŞ fond bazarları çərşənbə axşamı ticarəti qarışıq istiqamətli nəticələrlə başa vurdu.
İnvestorlar Trampın yeni ticarət tarifləri barədə açıqlamalarına fokuslandı.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, 1 avqustdan Yaponiyadan və Cənubi Koreyadan idxal olunan mallara 25%-lik rüsum tətbiq ediləcək. Avropa İttifaqı hələlik bu tədbirlərdən kənarda qalır, lakin yaxın günlərdə onlar üçün də rüsum xəbərdarlığı edilə bilər.
Prezident həmçinin ABŞ-a idxal olunan misə 50% tarif tətbiq olunacağını və yarımkeçirici ilə əczaçılıq məhsullarına yeni rüsumların yaxın zamanda elan ediləcəyini qeyd edib.
Goldman Sachs və Bank of America SP 500 üzrə proqnozlarını artırdı
Goldman Sachs SP 500 üçün 12 aylıq proqnozunu 6900 bəndə yüksəldib (əvvəl 6500 idi). Bank of America isə 2025-ci ilin sonu üçün proqnozunu 5600-dən 6300 bəndə qaldırıb.
“Əla yeddilik” texnologiya səhmlərində qarışıq dinamika
-
Tesla: +1,3%
-
Nvidia: +1,1%
-
Meta: +0,3%
-
Apple: +0,03%
-
Amazon: -1,8%
-
Alphabet: -1,4%
-
Microsoft: -0,2%
Intel 500-dən çox iş yerini ixtisar edəcək – səhmlər 7,2% bahalaşdı
Intel Oreqon ştatında ixtisarlarla bağlı tənzimləyicilərə məlumat verib. Şirkət struktur islahatları çərçivəsində ümumilikdə 20%-ə qədər kadr ixtisarını planlaşdırır.
Böyük banklar dəyər itirdi – HSBC reytinqləri aşağı saldı
-
Goldman Sachs: -1,9%
-
Bank of America: -3,1%
-
JPMorgan Chase: -3,2%
HSBC, Goldman Sachs və BofA üçün “al” tövsiyəsini “saxla” ilə əvəz edib.
Moderna-nın səhmləri 8,8% artdı – vaksin siyasətinə qarşı iddia qaldırıldı
ABŞ-da aparıcı tibb təşkilatları COVID-19 vaksin siyasəti ilə bağlı səhiyyə nazirini məhkəməyə verib. Bu hadisədən sonra Moderna-nın səhmləri kəskin artıb.
Neft nəhəngi Exxon-un gəlirləri azalır – səhmlər yenə də 2,8% artdı
Exxon Mobil 2025-ci ilin II rübündə qaz və neftin ucuzlaşması səbəbilə 1,1 - 1,9 mlrd dollar arasında mənfəət itkisi ilə üzləşib.
Birja yekunları:
-
Dow Jones: -0,37% (44 240,76 bənd)
-
SP 500: -0,07% (6 225,52 bənd)
-
Nasdaq: +0,03% (20 418,46 bənd)