BİRJA

07 İyul

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir

2025-ci ilin iyul ayının əvvəlində dünya əmtəə bazarlarında neft qiymətlərində azalma tendensiyası davam edib.

Finss.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət zamanı “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,30 ABŞ dolları və ya 0,44% azalaraq bir barel üçün 68 dollar təşkil edib.

Eyni dövrdə Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri üzrə qiyməti 0,74 dollar və ya 1,10% geriləyərək 66,26 dollar səviyyəsinə düşüb.

Mütəxəssislər qeyd edirlər ki, qiymətlərin enməsinə əsas səbəb qlobal istehsalın artması və bazarda təklifin yüksək olmasıdır. Bununla yanaşı, bazar iştirakçıları OPEC+ ölkələrinin siyasəti, eləcə də İranla bağlı geopolitik riskləri yaxından izləməyə davam edir.

Bildirilib ki, hazırkı azalma tendensiyasına baxmayaraq, geosiyasi risklərin artması və ya hasilatın məhdudlaşdırılması kimi amillər gələcəkdə qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.

Fuad Mədətov
Finss.az