BİRJA

21 İyun

"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Finss.az - 4 iyun  2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 20.06.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC

Dövlət qeydiyyat nömrəsi

– İSİN

AZ2005023513

İstiqraqzların növü

və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

1,000 ABŞ dolları

Buraxılış həcmi

10,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

5.5%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən,

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə,

hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

3 il

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

10,000,000 ABŞ dolları

Reallaşdırılmış həcm

10,000,000 ABŞ dolları

Minimal qiymət

1,000.0000 (5.50%) ABŞ dolları

Maksimal qiymət

1,042.2100 (4%) ABŞ dolları

Ehtimal olunan kəsmə qiymət*

1,000.0000 (5.50%) ABŞ dolları

Ortaçəkili qiymət

1,020.2481 (4.77%) ABŞ dolları

İnvestor sayı

52

Sifariş sayı

53

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC