Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl və gümüşün fyuçers qiymətlərində eniş qeydə alınıb.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 0,49% azalaraq 3 391,3 ABŞ dolları təşkil edib.
Eyni zamanda, gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti 0,31% geriləyərək 36,8 ABŞ dollarına enib.
Qiymət azalması investorların risk meyllərindəki dəyişikliklərlə və ABŞ dollarının güclənməsi ilə əlaqələndirilir.