Finss.az xəbər verir ki, bazar ertəsi neft ABŞ-Çin ticarət danışıqlarının növbəti raundunun gözləntiləri ilə bağlı optimizm fonunda bir qədər yüksəldi.
Bundan əvvəl prezident Donald Tramp nümayəndə heyətlərinin görüşünün iyunun 9-da Londonda baş tutacağını bildirərək, hər şeyin “çox yaxşı gedəcəyinə” ümid etdiyini bildirib.
Moskva vaxtı ilə saat 14:10-da Londonun ICE Futures birjasında Avqust Brent markalı neftin bir barelinin qiyməti 0,19 dollar (0,29%) bahalaşaraq 66,66 dollar olub. Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri NYMEX birjasında 0,19 dollar (0,29%) bahalaşaraq bir barelə görə 64,77 dollar olub.