BİRJA

30 May

MDM-in 2024-2026-cı illər İnkişaf Strategiyasının 2024-cü il üzrə icra hesabatı açıqlanıb

Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının 2024-cü il üzrə icra statusu açıqlanıb.

Bu barədə Finss.az-a MDM-dən məlumat verilib.

Məlumata görə, strategiya üzrə müəyyən edilmiş fəaliyyətlərin icrasına dair hesabat MDM-in rəsmi veb-səhifəsində yerləşdirilib.

Hesabatda, strategiyada müəyyən olunmuş fəaliyyət istiqamətlərinin inkişafı, əməliyyat və xidmət effektivliyinin artırılması, etibarlı, dayanıqlı və yüksək imicli təsisatın qurulması və effektiv iş mühiti ilə peşəkar komandanın formalaşdırılması strateji hədəflərinə nail olmaq üçün görülən işlər öz əksini tapıb. Hesabatda, həmçinin hədəflər üzrə əsas nailiyyətlər, gecikməkdə olan fəaliyyətlər, növbəti addımlar və ehtimal olunan göstəricilərin 2024-cü ilin sonuna olan statusu qeyd edilib. 

“2024-2026-cı illər MDM-in İnkişaf Strategiyası’’nın 2024-cü il üzrə icra statusu ilə bağlı hesabatı nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz:
2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının illər üzrə icra vəziyyəti