Bazar iştirakçıları ABŞ-ın idxal rüsumları ilə bağlı bir sıra məhkəmə qərarlarını nəzərə alaraq və OPEC+ ittifaqının iyul ayında neft hasilatının artırılması tempi ilə bağlı qərarını gözlədiyi üçün cümə günü səhər neft qiymətləri ucuzlaşır.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 8:08-də Londonun ICE Futures birjasında Brent markalı iyul fyuçersləri 0,2 dollar (0,31%) ucuzlaşaraq 63,95 dollar/barel olub. Cümə axşamı Brent markalı neft 0,75 dollar (1,2%) ucuzlaşaraq 64,15 dollar/barelə düşüb. İyul Brent fyuçers müqaviləsinin müddəti mayın 30-da başa çatır. Daha aktiv şəkildə satılan avqust müqaviləsi 0,19 dollar (0,32%) ucuzlaşaraq bir barel üçün 63,15 dollar olub.
Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,21 dollar (0,34%) ucuzlaşaraq bir barelə görə 60,73 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,9 dollar (1,5%) ucuzlaşaraq 60,94 dollar olub.