Hazırda Azərbaycanda 100 mindən çox investorun birbaşa açılmış hesabı mövcuddur.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı məlumat verib.
O bildirib ki, bu hesabların 70-80%-i aktivdir: “Qalan hesablar isə müəyyən səbəblərə görə qeyri-aktivdir. Bu hesablarda artıq qiymətli kağızlar mövcud deyil və ya hesablar dəyişdirilib”.
M.Əhmədli əlavə edib ki, ölkə üzrə aktiv investorların sayı 100 mini keçib ki, bu da yerli kapital bazarına olan marağın artdığını göstərir.
Fuad Mədətov
Finss.az