BİRJA

20 May

Dollar valyuta bazarında major valyutalara qarşı bahalaşdı

Finss.az - “Moody’s” qərarından sonra dollar major valyutalar qarşısında güclənib.

EURUSD valyuta cütlüyü Avrozonada İstehlak Qiymətləri İndeksinin proqnozlara uyğun açıqlanması ilə 1.12880 səviyyəsinə qədər qalxsa da, sonradan 1.12180-ə qədər zəifləyib. GBPUSD cütlüyü isə 1.34030-dan 1.33440 səviyyəsinə geriləyib.

Avstraliya Ehtiyatlar Bankı faiz dərəcəsini endirdikdən sonra AUDUSD də zəifləyərək 0.64230 səviyyəsinə enib.