Finss.az - Bazar ertəsi ABŞ fond indeksləri “Moody’s” agentliyinin ABŞ-ın kredit reytinqini “Aaa”dan “Aa1” səviyyəsinə endirməsi xəbəri fonunda sessiya ərzindəki itkilərini bərpa etdi və günü cüzi artımla başa vurdu.
“Dow Jones” indeksi 0.32%, “SP 500” 0.09%, “Nasdaq Composite” isə 0.02% artıb. ABŞ maliyyə naziri Skott Bessent agentliyin qərarını “geridə qalan göstərici” kimi qiymətləndirib və iqtisadi artımın büdcə xərclərini kompensasiya edəcəyini vurğulayıb.