BİRJA

19 May

Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,57% azalaraq 1 barelə görə 65,04 ABŞ dolları təşkil edib.

Finss.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,6% azalaraq 61,6 ABŞ dollarına bərabər olub.