BİRJA

15 May

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qiymətli metalların dəyərində azalma qeydə alınıb.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə iyun fyuçerslərinin qiyməti 1,59% azalaraq 3 137,6 ABŞ dolları təşkil edib.

Eyni zamanda, gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 1,77% ucuzlaşaraq 31,87 ABŞ dolları olub.

Fuad Mədətov
Finss.az