Finss.az - 13 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 21.05.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"FINCA Azerbaijan" MM QBKT |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2007019204 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı |
30,000 ədəd |
İlkin ticarət qiyməti |
100 manat |
İstiqrazların buraxılış həcmi |
3,000,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir |
Tədavül müddəti |
18 ay |
Ticarətə buraxılma tarixi |
21.05.2025 |
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |
Zemfira Ms
Finss.az