Finss.az - 12 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC -nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"KREDİT EVİ" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002021494 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı |
1,000 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
İllik gəlirlilik faizi |
17% |
Ödəmə Periodu |
Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 (otuz) günündən bir |
Tədavül müddəti |
5 il |
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Zemfira Ms
Finss.az